Azərbaycanlı futbolçu Albaniya klubunda
- 06 Yan 2026 19:00
- 76
"Difai"nin futbolçusu Bayraməli Qurbanov karyerasını Albaniyada davam etdirəcək.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
23 yaşlı hücumçu Albaniyanın II Liqa təmsilçisi "Beselidya" ilə anlaşıb.
Qeyd edək ki, "Beselidya" 10 turdan sonra Albaniya çempionatının turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb.