Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatına yekun vurulub.

Rekord.az xəbər verir ki, qitə birinciliyinin son günündə yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşib.

Komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 139 xal toplayan millimiz Avropa ikincisi olub. Yığmamız Gürcüstandan cəmi 2 xal geri qalıb. Macarıstan isə 105 xalla 3-cü yeri tutub.

Məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında Nicat Yeylaqaliyevlə (62 kq) Yusif Əhmədli (68 kq) qızıl, Əli Nəzərovla (48 kq) Marat Ağakərimov (52 kq) gümüş, Elşad Abbasov (48 kq), Nihad Məhərrəmov (52 kq) və Rüfət Əlizadə (85 kq) isə bürünc medal qazanıb.

Daha öncə sərbəst güləş yığmamız da bu qitə birinciliyində ikinci yeri tutmuşdu.