Azərbaycanın 4 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

Rekord.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yer alan Elvin İbadov təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib - 8:0. İbadov 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb - 13:4. Elvin yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. İbadov həlledici görüşdə gürcü Vaxtanq Lolua ilə üz-üzə gələcək.

Fərahim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans tanımayıb - 9:1. Mustafayev gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. Fərahim final yolunda ukraynalı Maksim Çubenkoya da tam üstünlüklə qalib gələrək (9:0) finala vəsiqə qazanıb. Mustafayev həlledici görüşdə erməni Hayk Lyudviqyanı da məğlub etsə, titulunu qoruyacaq.  

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1. Qasımov rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğub edərək yarımfinala yüksəlib. Seymur macar Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparıb. Rəqibini "tuşe" ilə yolundan kənarlaşdıran Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşəcək.  

İsmayıl Rzayev (80 kq) ilk görüşdə xorvaç Dominik Qrqiçə 8:1 hesabıyla qalib gəlib. Serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıran (5:1) Rzayev yarımfinala adlayıb. İsmayıl finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub - 5:2. Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla mübarizə aparacaq.

Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb - 3:1. Mərdanov 1/4 finalda erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlib. Məzahim yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb - 0:8. Mərdanov sabah bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Yeqor Jekov (Moldova) - Dimitrios Tanos (Yunanıstan) görüşünün qalibi olacaq.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 14-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

***

 

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib - 8:0. İbadov 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb - 13:4. Elvin yarımfinalda macar Levente Fiqeylə qarşılaşacaq.

Fərahim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans tanımayıb - 9:1. Mustafayev gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. Fərahim final yolunda ukraynalı Maksim Çubenkoyla üz-üzə gələcək.

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1. Qasımov rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğub edərək yarımfinala yüksəlib. Seymur macar Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparacaq. 

İsmayıl Rzayev (80 kq) ilk görüşdə xorvaç Dominik Qrqiçə 8:1 hesabıyla qalib gəlib. Serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıran (5:1) Rzayev yarımfinala adlayıb. İmsayıl finalın bir addımlığında Nikolaos Qavril İqnateskuyla (Rumıniya) qüvvəsini sınayacaq.

Məzahim Mərdanov (110 kq) isə startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb - 3:1. Mərdanov 1/4 finalda isə erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlib. Məzahim yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə 19:00-da başlayacaq.

***

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Elvin İbadov (48 kq) təsnifat mərhələsində Alberto Marian Enaçesku (Rumıniya) ilə qarşılaşacaq.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariutla (Norveç) qarşılaşacaq.

Seymur Qasımov (65 kq) debütdə Xristiyan Borislavov İvanovla (Bolqarıstan) qüvvəsini sınayacaq.

İsmayıl Rzayev (80 kq) ilk görüşdə Dominik Qrqiklə (Xorvatiya) üz-üzə gələcək.

Məzahim Mərdanov (110 kq) isə startda Maksim Milçev Petrovu (Bolqarıstan) məğlub etməyə çalışacaq.