Bu gün Azərbaycanda yeni komandanın təqdimadı olub.

Rekord.az xəbər verir ki, söhbət "Cürət" komandasından gedir.

"Region Liqası"nda çıxış edən komanda Corat qəsəbəsini təqdim edir. Elə adını da bu kəndin qədim adına uyğunlaşdırıb. Komandanın baş məşqçisi tanınmış futbol adamı Məmmədəli Qəniyevdir. Təqdimat Corat qəsəbəsindəki mədəniyyət mərkəzindı olub. 

Qeyd edək ki, "Cürət" komandası ev oyunlarını Sumqayıtdakı "Kapital Bank Arena"da keçirir.