
Azərbaycanda yağ-bal içində üzən Prosineçki Sloveniyada bu maaşa işləyəcək
- 25 Mar 2022 11:00
- 578
Azərbaycan millisinin sabiq çalışdırıcısı Robert Prosineçkinin yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Sloveniyada işləyəcək. O, bu ölkənin tanınmış klublarından olan “Olimpiya” ilə anlaşıb.
53 yaşlı məşhur balkanlı Lyublyana klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Son klubu Türkiyə "Denizlispor"u olan Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.
Onun “Olimpiya” ilə müqavilə şərtləri yüksək deyil. İlk 6 ayda 15000 avro maaş alacaq. Daha sonra əməkhaqqısı 20 min avro təşkil edəcək.
Maraq üçün diqqətə çatdıraq ki, Prosineçki Azərbaycanda keçirdiyi hər aya görə AFFA-dan 100 min dollar qazanırdı.