
Azərbaycanda işləmiş tanınmış rus: "Braziliyasız yarımfinal parlaq olmayacaq"
- 11 Dek 2022 11:42
- 484
"Ximki"nin sabiq baş məşqçisi Sergey Yuran Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya və Braziliya millilərinin qarşılaşdığı (1:1, 4:2 - penaltilər seriyası) oyununun nəticəsini şərh edib. .
Rekord.az xəbər verir i, rusiyalı məşqçi Braziliyanın məğlubiyyətinə təəssüflənib: “Braziliyanı bəyəndim. Çox heyif ki, onlar mübarizəni dayandırdı. Halbuki yaxşı komandaları var idi və Qətərə dünya kubokunu qazanmağa gəlmişdilər. Lakin bu, futboldu. Braziliya millisi ilk hissədə qollar vurmalı və məsələni həll etməli idi. Yarımfinal Braziliyasız parlaq olmayacaq. Amma xorvatlara da hörmıt etməliik, onların da güclü komandası var".
Qeyd edək ki, Yuran 2009-2019-cu illərdə Zaqatalanın "Simurq" komandasının baş məşqçisi olub.