
Azərbaycanda futzal klubu dağılır
- 05 Fev 2022 12:00
- 739
Azərbaycanda daha bir futbol klub dağıla bilər. Söhbət Futzal üzrə Azərbaycan çempionatında çıxış edən "Xilə" komandasından gedir.
Rekord.az xəbər verir ki, 2018-ci ildən yaradılan klub "Royal Holdinq" QSC-nin sponsorluğu ilə Yüksək Liqada mübarizəyə qoşulub.
Amma indi adıçəkilən şirkət komandaya bütün dəstəyini kəsib. Mövsümün ikinci yarısına hazırlaşmalı olan klub pulsuzluqdan bir araya gələ bilmir. (sportinfo.az)