Azərbaycanda futsal çempionatı uzun müddətdir keçirilmir. Bu məsələ, ümumiyyətlə, naməlum olaraq qalır.

Lakin Rekord.az-a daxil olan məlumata görə futzal federasiyası məsələ ilə bağlı Operativ Qərargaha müraciət etməyi düşünür.

Federasiya sentyabr ayından etibarən futsal çempionatını bərpa etmək istəyir. Hələlik azarkeşsiz. Pandemiyada ilin sonuna qədər yaxşılığıa doğru ciddi dəyişiklik olsa, 2022-ci ildən etibarən azarkeşlərin də zala buraxılmasına icazə veriləcək.