Azərbaycanda uzun müddətdir baxımsız qalan daha bir stadionda təmir işlərinə başlanılıb.

Rekord.az xəbər verir ki, söhbət Şirvan Şəhər Stadionundan gedir.

Hansı ki, illəröncə tikintisinə başlanılsa da, sonradan yarımçıq qalmışdı. Düzdür, stadionun əsaslı, yoxsa üzdən təmir olunacağı məlum deyil. Lakin hadisə şahidlərinin sözünə görə, 3 min tamaşaçı tutumuna malik arenada son günlər canlanma müşahidə olunur, ustalar işləyir.