
Azərbaycanda daha bir stadion təmirə bağlandı
- 09 Noy 2022 11:00
- 850
Azərbaycanda uzun müddətdir baxımsız vəziyyətdə qalan daha bir stadion təmirə bağlanıb.
Rekord.az xəbər verir ki, söhbət Buzovna qəsəbə stadionundan gedir.
Hansı ki, vaxtı ilə bu stadionda "Xəzri" komandası ev oyunlarını keçirib, bu stadiondan UEFA kubokuna qədər yol qət edib. 10 günə yaxındır ki, ərazi hasara alınıb və stadionda təmir işlərinə start verilib.