![photo](https://www.rekord.az/storage/news/2024_12_05/2fcbc45e_5f78_3664_9ed2_601816c885fc_1733422121.jpg)
Azərbaycan yığmaları Belarusa yollandılar
- 05 Dek 2024 22:08
- 203
Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət U-16 basketbol milliləri Belarusa yollanıblar.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yığmalarımız sözügedən ölkədə Vladimir Rejenkovun xatirəsinə həsr olunan 27-ci beynəlxalq turnirdə iştirak edəcəklər.
Yarış dekabrın 6-dan 8-dək keçiriləcək.