
Azərbaycan millisindən Şotlandiya ilə məhsuldar heç-heçə
- 14 Okt 2025 21:30
- 38
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələn yığma 3:3 hesablı heç-heçəyə razılaşıb.
“Dalğa Arena"da keçirilən matçda ev sahibi komandanın qollarını Xəyal Əliyev (7, 49-pen) və Şahin İbrahimov (79) vurublar. Rəqibin heyətində isə Devid Uotson, (33) Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) adlarını tabloya yazdırıblar.
Bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi milli B qrupunda ikinci heç-heçəsinə imza ataraq, xallarının sayını 2-yə çatdırıb.