19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Sadıq Bagiev Rusiyada klubunu dəyişə bilər.

Rekord.az sportal.az-a istinadla xəbər verir ki, "Kuban"ın U-19 komandasının üzvü ilə "Baltika" maraqlanır.

Klublar arasında danışıqlar müsbət yekunlaşsa, transfer yanvarda baş tutacaq.

Sadıq Bagiev cari mövsümdə Rusiya Gənclər Liqasında meydana çıxdığı 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Baltika" Rusiyanın I Divizionunda çıxış edir. Komanda 20 turdan sonra 41 xalla çempionatın lideridir.