Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda məğlub oldu
- 17:40
- 41
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.
Rekord.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Kişineu şəhərində yerləşən "Zimbru 2" stadionunda keçirilən görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-17 qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.