
“Azərbaycan millisi ilə matç bizim üçün çətin oldu”
- 16:00
- 41
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyun Ukrayna yığması üçün çətin olub.
Rekord.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Aleksey Qutsulyak açıqlama verib.
27 yaşlı yarımmüdafiəçi matçla bağlı təəssüratlarının yaxşı olduğunu bildirib:
"Buna baxmayaraq, bizim üçün çətin oyun oldu. Amma əsas odur ki, qələbə qazana bildik. Bu qalibiyyəti bütün ukraynanılara və əsgərlərimizə həsr edirik. Onlara görə qələbəyə nail olduq".
Azərbaycan millisi rəqibinə 1:2 hesabı ilə uduzub.