21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Norveç yığmasına qarşı keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib. 

Rekord.az AFFA-ya istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinin matçı iyunun 14-də keçiriləcək. Oyun saat 20:00 başlayacaq.

Norveç – Azərbaycan görüşü Drammen şəhərindəki “Marienlyst Stadium”da keçiriləcək.