FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Rekord.az xəbər verir ki, sonuncu dəfə ötən ilin dekabr ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyib.

Komandamız hazırda 1139 xalla 121-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1828 xalla Belçika millisi başçılıq edir. Növbəti yerləri Braziliya (1826) və Fransa (1786) yığmaları tutur. Türkiyə seçməsi isə 1472 xalla 39-cudur.