
Azərbaycan klubunun apellyasiya şikayəti təmin olunmadı
- 16:40
- 36
Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" klubunun oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı II turda "Göygöl"lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.
Qeyd edək ki, "Göygöl" və "Kür-Araz" klubları arasında keçirilən görüşdən sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə E.Məmmədov 4 oyun cəzalanıb. "Kür-Araz" klubu isə 1000 manat cərimələnib.