Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, bu gün milli komandamızın üzvü Anna Skidan mübarizəyə qoşulub.

Cəkic atma üzrə təsnifat mərhələsində iştirak edən Anna 77.10 metr nəticə ilə yadda qalıb.

Bu göstərici ilə Skidan final mərhələsinə yüksəlib. Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyən atlet Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.