
Azərbaycan güləşçisindən Rusiyada bürünc medal
- 18 May 2025 23:06
- 25
Azərbaycan güləşçisi Musa Ağayev Rusiyanın Kaspiysk şəhərində keçirilən sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, 55-ci dəfə keçirilən memorialda bu gün 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.
Musa Ağayev 65 kq çəki dərəcəsində üçüncü yeri tutub.
Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.