Azərbaycan güləşçisi İstanbulda gümüş medal qazandı
- 2023-06-22 00:34
- 232
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində medal qazanıb.
Rekord.az xəbər verir ki, 97 kq-da çıxış edən idmançı ənənəvi yarışın ilk günündə xalça üzərinə çıxıb. Yalnız finalda uduzan güləşçi ikinci yeri tutub.
İyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.