Azərbaycan millisinin yunan-Roma güləşçisi Murad Məmmədov Bakıda keçirilən Dünya Kubokunda zədələnib.

Rekord.az xəbər verir ki, 27 yaşlı idmançı dünya yığmasının heyətində çıxış edən Aydos Sultangali (Qazaxıstan) ilə B qrupunun görüşündə xəsarət alıb.

Məmmədov qarşılaşmaya davam edə bilmədiyi üçün rəqib qalib elan edilib.

Həmin vaxt Sultangali 4:1 hesabı ilə öndə olub.