Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

Rekord.az xəbər verir ki, ənənəvi yarışın dördüncü günündə güləşçilərimiz 3 bürünc medal qazanıblar.

Sərbəst güləşdə 79 kq-da Orxan Abasovla Əşrəf Aşırov, qadın güləşində isə Nigar Mirzəzadə (65 kq) üçüncü yeri tutub.

Azərbaycan güləşçiləri əvvəlki günlərdə daha 7 medal qazanmışdılar.