Azərbaycan birinciliyinə start verilir
- 09 Fev 2022 21:41
- 507
Boks üzrə gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Rekord.az xəbər verir ki, turnirə fevralın 11-də start veriləcək.
11-17 fevral tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarış federasiyanın idman zalında baş tutacaq.
Pandemiya səbəbilə yarış tamaşaçısız keçiriləcək.