
Azər Bağırov futbolçularını qladiatora bənzətdi
- 04 May 2025 22:47
- 35
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 33-cü turunda “Neftçi”nin qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov 2:2 hesabı ilə başa çatan oyunu belə şərh edib:
“Azarkeşlərə təşəkkür edirəm. Uzaq yol olmasına baxmayaraq, yağışlı havada bizi dəstəkləməyə gəlmişdilər. Sağ olsunlar.
Oyuna gəlincə, ikinci hissə daha çox istədiyimiz kimi oldu. İlk yarıda qol buraxmaq istəmirdik. Amma alınmadı. Təəssüflər olsun ki, son dəqiqələrdə qol buraxdıq. Əsas odur ki, xallarımızın üzərinə xal gəldi. Futbolçularım əsl qladiatorlar kimi döyüşdülər, təşəkkür edirəm onlara.
Heç kimi istəməz ki, 90+3-cü dəqiqədə qol buraxa. Üzülürük. Bu gün qələbə qazanıb Premyer Liqada yerimizi təmin etmək istəyirdik. Həmçinin, qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirdik”.