AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 5-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilib.


“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan” komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilib.


Oyunun 60-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilib.