
Azarkeşlər onun təyinatını isti qarşılamadı
- 13 Dek 2022 11:16
- 428
Xəbər verdiyimiz kimi, Luis de la Fuente İspaniya millisinə yeni baş məşqçi təyin olunub və onunla 2 illik müqavilə imzalanıb.
Lakin Rekord.az xəbər verir ki, bu təyinat İspaniyada birmənalı qarşılanmayıb.
Belə ki, ispan fanatların böyük əksəriyyəti Luis Enrikenin yerinə məhz bu təyinatın gerçəkləşməsini düzgün saymır və hesab edir ki, Fuente İspaniya millisində heç nə verə bilməyəcək.