
Avroliqa: Həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
- 04 Noy 2022 10:15
- 392
Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu ada ənənəvi olaraq dörd namizəd var.
Bunlar Aitor Ruibal ("Betis", İspaniya), Kevin Volland (“Monako", Fransa), Anders Dreyer (“Midtyulland”, Danimarka) və Lorentso Pelleqrinidir ("Roma", İtaliya).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.