
Avro-2020-nin finalında irqçi ifadələr işlədən 4 nəfər həbs edildi
- 16 İyl 2021 11:08
- 542
İngiltərə polisi Avro-2020-nin finalında İtaliya ilə matçda (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 2:3) millinin penaltini dəqiq yerinə yetirməyən üzvləri Markus Reşford, Bukayo Saka və Ceydon Sançoya qarşı irqçi ifadələr işlədən 4 nəfəri həbs edib.
Rekord.az xəbər verir ki, bu barədə "Sky Sports"a Britaniya polisi Konstabl Marks Roberts məlumat verib.
İnsanlara qarşı irqçi ifadələr işlədilməsinin yolverilməz olduğu və bu səbəbdən 4 nəfərin həbs edildiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl Markus Reşforda irqçi təhqir mesajları yazan 50 yaşlı kişinin də məsuliyyətə cəlb olunduğu açıqlanmışdı.