"Fənərbağça"nın və Türkiyə millisinin sabiq ulduzu Mehmet Aurelio yenidən İstanbul klubuna qayıdıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Təcrübəli mütəxəssis "sarı-lacivərdlilər"in U-19 komandasının baş məşqçisi təyin edilib.


Aurelio futbolçu karyerası ərzində 2003-2008-ci illərdə "Fənərbağça"da çıxış edib. O, bir müddət İstanbul klubunun əsas komandasında köməkçi-məşqçi də olub.