
“Atletiko”nun yeni transferi sıradan çıxdı
- 08 Fev 2022 18:21
- 475
İspaniyanın “Atletiko” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Daniel Vass sıradan çıxıb. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
La Liqanın 23-cü turunun “Barselona” ilə matçında (2:4) zədələnən danimarkalı yarımmüdafiəçinin bərpa müddəti məlum deyil.
Vass qış fasiləsində “Valensiya”dan “Atletiko”ya keçib.