29 mart 2023-cü il tarixdə Bakı şəhərində Sərbəst güləş üzrə gənclər(U-20) arasında Azərbaycan çempionatı keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda Astara rayon komandası Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, Sərbəst güləş üzrə məşqçilər Nizami Axundov, Məhərrəm Ağayev və Elçin Həmidov rəhbərliyi ilə iştirak etmiş və yüksək nəticələr qazanmışlar.

Yarışda Azərbaycan yığma komandasının üzvləri olan astaralı idmançılar Ramik Heybətov (61 kq) və Musa Ağayev (65 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülmüş və Azərbaycan çempionu adını qazanmışlar.

Qeyd edək ki, idmançı Ramik Heybətovun şəxsi məşqçisi Nizami Axundov, idmançı Musa Ağayevin şəxsi məşqçisi Elçin Həmidovdur.