Astara Olimpiya İdman Kompleksinin məşqçi müəllimləri Elxan Həmidov və Samir Hacıyevin rəhbərliyi ilə sərbəst güləş üzrə rayon idmançıları Biləsuvar rayonunda keçirilən "Zəfər" İdman klubunun azyaşlı yeniyetmələr arsında açıq birinciliyində iştirak edib.

Rekord.az xəbər verir ki, Astara idmançılarındən 3 nəfər I yeri, 1 nəfər III yeri qazanıb..

Astaralı idmançılardan Həmidzadə İmamrza (41 kq) I yeri, Rzazadə İmaməli (75 kq) I yeri, Ələkbərzadə Əliəbülfəz (23 kq) I yeri, Hacızadə Tunar (29 kq) III yeri tutmağa nail olub..