Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Çempionlar Liqasının oyununa təyinat alıb.

Rekord.az xəbər verir ki, Xudiyev, 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) qarşılaşmasının hakim-inspektoru olacaq.

Qarşılaşma estoniyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. “Dinamo” – “Tirana” matçı avqustun 18-də keçiriləcək.