"Qəbələ" daha bir futbolçu ilə yeni anlaşma əldə edib.

Rekord.az xəbər verir ki, veteran hücumçu Asif Məmmədov daha bir 1 il bölgə təmsilçisinin uğurları üçün çalışacaq.

Onun komandada qalmasını şəxsən baş məşqçi Elmar Baxşıyev istəyib. 

Qeyd edək ki, "Turan Tovuz"la oyunda ciddi zədə alan Məmmədov hazırda müalicə olunur və o, ən yaxşı halda sentyabrda yaşıl meydançalara qayıda biləcək.