
“Asan təslim olmayacağıq” - Azər Həşimov
- 18 Okt 2025 21:30
- 43
"Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Premyer Liqanın 8-ci turu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:4 hesabı ilə uduzduqları matçla bağlı bunları söyləyib:
“Birinci hissə 1:1 hesabı ilə nəticələndi. İkinci yarıda cərimə zərbəsi və penaltilərdən qollar buraxdıq. Rəqibin 3-cü qolu qırılma nöqtəsi oldu. Nəticədə məğlub olduq. "Sumqayıt"ı təbrik edirəm. Növbəti turda "Turan Tovuz"la qarşılaşacağıq. Xal və ya xallar qazanmağa çalışacağıq. Bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Həmişə dediyim kimi, asan təslim olmayacağıq. Futboldur, belə şeylər olur. Vuruşursan, döyüşürsən, amma məğlub olursan. Ən yaxşısını etməyə çalışacağıq. Qolların 70-80 faizini standart vəziyyətlərdən buraxmışıq. Futbolçuların fərdi keyfiyyətlərindən asılı olan bir şeydir. Təhlillər etsək də, hardasa boşluq buraxırıq. Stadionumuz hazır olsaydı, bu gün bizim 5 yox, 10-11 xalımız olardı. Biz məşqçiyik, bizdən asılı olan məsələ deyil”.