
“Asan olmayacağını bilirdik, çox çalışdıq və üç xalı qazandıq”
- 12:30
- 28
"Qarabağ" komandası "Benfika" ilə matçda sona qədər təslim olmayıb.
Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kamilo Duran "Sport" TV-yə açıqlamasında deyib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsində qazandıqları möhtəşəm qələbəyə görə sevincli olduqlarını dilə gətirib:
"Bu qələbə bizi çox sevindirir. Şükürlər olsun ki, qol vura bildim. Asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xalı qazandıq. Qarşılaşmaya diqqətsiz başladıq və hesabda 0:2 geriyə düşdük. Amma sona qədər təslim olmadıq. Oyun ərzində irəliyə doğru oynamağa çalışdıq və istəyimizə çatdıq".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Kamilo Duran "köhlən atlar"ın ikinci qolunu vurub.