
“Arsenal”dan Əliyevsiz qələbə
- 24 Okt 2022 17:44
- 412
Futbol üzrə Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Volqar-Astraxan”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
Kamran bu matçın iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.
“Arsenal” 15 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.