“Arsenal”ın kapitanı Martin Edeqor “Vest Hem”lə son oyunda dizindən zədələnib.


Rekord.az xəbər verir ki, futbolçuya diz oynağının iç yan bağının zədələnməsi diaqnozu qoyulub.


Norveçli yarımmüdafiəçinin noyabrın sonuna kimi oynaya bilməyəcəyi gözlənilir.


Edeqor “Fulham”, “Kristal Pelas”, “Brayton” və “Bernli” ilə Premyer Liqa oyunlarını, həmçinin “Atletiko Madrid” və “Slavia Praqa” ilə Çempionlar Liqası matçlarını, eləcə də “Sanderlend” ilə Liqa Kuboku matçlarını buraxacaq.