"Arsenal" bu futbolçu ilə müqaviləni yeniləyir
- 24 Dek 2022 13:46
- 383
“Arsenal” hücumçusu Qabriel Martinelli ilə müqaviləni yeniləməyə yaxındır.
Rekord.az İxəbər verir ki, braziliyalı futbolçunun sözləşməsi 2027-ci ilin yayına qədər uzadıla bilər.
Martinelli 2019-cu ilin iyulundan “Arsenal”da çıxış edir. O, cari mövsümdə komandanın heyətində 20 matça çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.