"Rəqib öz meydanında çıxış etdiyi üçün bizə çətin olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır"

Rekord.az xəbər verir ki, bunu "Aris"in futbolçusu Delmiro Naşimentu Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi komandada ab-havanın yaxşı olduğunu söyləyib. "Bir az həyəcan var. Amma biz sabahkı matça hazırıq".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.