Mundialda özünü yaxşı göstərən Argentina millisinin qapıçısı Emiliano Martinez Avropa nəhənglərinin maraq dairəsindədir.

Rekord.az xəbər verir ki, bu sırada "Bavariya"nın adı xüsusi çəkilir.

Münxen təmsilçisi mundialda müxtəlif qolkiperlərin oyununu diqqətlə izləyib və seçimi argentinalı tərəfdən edib. Buna səbəblərdən biri də Noyerin mövsümü erkən bitirməsi olub.