Xorvatiya millisinin futbolçusu Bruno Petkoviç Argentina ilə keçirəcəkləri yarımfinal matçını şərh edib.

Rekord.az xəbər verir ki, "Reuters"a açıqlamasında xüsusilə Messi haqda danışıb.

O, Messini dayandırmaqla bağlı planlarının olub-olmaması ilə bağlı sualı cavablandırıb: "Hələlik Messi ilə bağlı konkret planımız yoxdur. Biz adətən bir oyunçuya yox, bütün komandaya qarşı mübarizəyə hazırlaşırıq. Argetina millisi tək Messidən ibarət deyil və kifayət qədər digər böyük oyunçuları da var. Ona görə də tək Messini yox, bütünlüklə Argentina komandasını dayandırmalıyıq. Bizim komandanın heyətində də Mateo Kovaçiç, Luka Modriç və Marselo Brozoviç kimi futbolçular var. Hansı ki, Xorvatiya tarixinin ən yaxşı yarımmüdafiəçiləridir. Topu onlara verdiyiniz zaman bu, pulunuzu bankda saxlamaqdan daha təhlükəsiz bir şey hesab oluna bilər”