Hazırlığını gündə 2 məşqlə davam etdirən "Araz-Naxçıvan"ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.


Bu barədə Rekord.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.


Klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq və saat 15:30-da başlayacaq.


Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da "Qəbələ"yə qarşı keçirəcək.


Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.