“Araz-Naxçıvan”ın ilk qış transferi
- 06 Yan 2026 14:00
- 83
Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb.
Rekord.az xəbər verir ki, "qırmızı-ağlar" braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb.
Son klubu Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.