"Bunu rəhbərlik daha yaxşı bilər. Mən bilən, belə bir məsələ var".

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Araz-Naxçıvan"nın növbəti mövsüm birinci divizionda çıxış etmək perespektivinə münasibət bildirən baş məşqçi Əsgər Abdullayev deyib.

Təcrübəli mütəxəssis hər şeyə hazır olmalı olduqlarını deyib:

"Komandanı hazırlamağa çalışırıq. Lazım olsa, sonra əziyyət çəkməyək. Bu barədə düşünürük. Bizim işimiz hər şeyə hazır olmaqdır".

O, uzaq məsafənin problem yaradacağını düşünmür: "Mən anlaya bilmirəm ki, bu, niyə problem olmalıdır? Yolu nəzərdə tuturuqsa, hər komanda il ərzində bir dəfə, Naxçıvan komandası isə hər dəfə bu yolu gedib-gəlməlidir.

Bir az çətin olacaqsa, o demək deyil ki, Naxçıvan yarışlardan kənarda qalmalıdır. Ora da bir bölgəmizdir və Azərbaycan futbolunun inkişafına töhfə verə bilər".