"Araz Naxçıvan"da qalmayacaq
- 15:00
- 48
Cari mövsüm özünü yaxşı tərəfdən göstərən "Araz Naxçıvan"ın hücumçusu Simakala Ba-Muaka böyük ehtimalla mövsümün sonunda komandanı tərk edəcək.
Rekord.az-a daxil olan məlumata görə, 7 qolla çempionatın bombardirlərindən olan almaniyalı futbolçuya Avropanın bir neçə klubundan ciddi maraq var.
Təbii ki, daha yüksək maaş qarşılığında. Simakalanın isə Naxçıvan təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. Futbolçu özü də daha yaxşı təklifləri dəyərləndirməkdə maraqlıdır.