Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, komanda 5-ci qrupdakı ilk oyunda İsveç "Orebro"su ilə qarşılaşacaq.

Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qrupun digər oyununda Serbiyanın "Loznika Qrad" klubu  Bosniya və Herseqovina "Mostar"ı üz-üzə gələcək.

 

26 oktyabr

Çempionlar Liqası

Əsas mərhələ, 1-ci tur

19:30. "Araz-Naxçıvan" (Azərbaycan) - "Orebro" (İsveç)

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)

Mostar, "Mithad Hujdur Hujka Arena"