Xəbər verdiyimiz kimi, AFFA Lisenziyalaşdırma Komissiyasının üzvləri bu yaxınlarda Naxçıvanda olublar və "Araz Naxçıvan" rəhbərliyi ilə görüşüblər.

Rekord.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Naxçıvan təmsilçisinin növbəti mövsümdən Premyer Liqada iştirakı ilə bağlıdır.

Federasiya rəsmləri əsas tələbin maliyyə ilə bağlı olduğunu növbəti dəfə klub rəhbərliyinin diqqətinə çatdırıb. Yəni bank zəmanəti mütləq şəkildə mart ayına kimi AFFA-ya təqdim olunmalıdır.