“Araz-Naxçıvan” 21 qolla qələbə qazandı
- 19:00
- 34
Futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bütün oyunlar bu gün “Olimpik Star”da baş tutub.
Günün ilk matçında "Baku Fire" U-19 kollektivini 6:4 hesabı ilə üstələyib.
Ardınca "Neftçi" İK "Şuşa" komandasına 12:3 hesabı ilə qalib gəlib.
Günün son görüşündə isə ölkə çempionu "Araz-Naxçıvan" "Lənkəran"dan güclü olub - 21:3.
8 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir: "Neftçi" İK – 22, "Araz-Naxçıvan" – 19, "Baku Fire" – 17, "Şuşa" – 9, U-19 – 3, Lənkəran – 0.